"Real alıcılara endirim olacaq" ifadəsini görəndə ağlıma ilk gələn sual budur ki, kimlərə endirim olmayacaq? Real olmayan alıcılar, irrasional varlıqlar və illüziyaya qapılan siyasətçilər
Gəncədə öz ləhcələri ilə desək "yasabet yarışı" keçirilir. Şəhərin bəzi hissələrində uzun tıxaclar yaranıb. İlk dəfədir belə tıxacla tanış olan Gəncə camaatı dəli olub, 2 zolaqlı yolda az qala 6 maşın gedir.
Qiymət artımını ən çox Xalqlar metrosunun çıxışında hiss edirik. Həmişə şəkərbura satan bir kişi var, Metroya girən və metrodan çıxan hər kəsə şəkərbura təklif edir - 5 ədədi bir manata.
Bu gündən isə iki ədədini bir manata təklif edir.
Məni istidən daha çox istidən narahatlığını səsli ifadə edən insanlar narahat edir.
Kimsə yanımda "of, ay, uy, istidir, bişdik" deyəndə istəyirəm, Allaha deyim ki, biraz da xodunu artır
Dəhşət başqa necə olur?
2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşağı olub.