Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile
Elçin Babayev

@rectorbabayev

Rector of Baku State University

ID: 1389926495435608075

linkhttp://bsu.edu.az/az/content/rektor29032019031949 calendar_today05-05-2021 12:54:56

307 Tweet

2,2K Followers

86 Following

Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

Yeni tədris ilinin başlanması münasibətilə başda BDU tələbələri olmaqla bütün şagird və tələbələri, müəllim və valideynləri təbrik edirəm. Bilik gününüz mübarək!

Yeni tədris ilinin başlanması münasibətilə başda BDU tələbələri olmaqla bütün şagird və tələbələri, müəllim və valideynləri təbrik edirəm.  
Bilik gününüz mübarək!
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

Bu gün peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyini qeyd edirik. Dahi Üzeyir Hacıbəylinin zəngin irsi xalqımızın milli sərvətidir. Milli Musiqi Gününüz mübarək!

BDU-da təhsil almaq üçün ölkəmizə gələn Pekin Xarici Dillər Universiteti və Sun Yat-Sen Universitetinin tələbələri ilə görüşdük. Çinli tələbələrimiz BDU-da dərin biliklərə yiyələnməklə yanaşı, xalqımızın zəngin mədəniyyəti ilə yaxından tanış olacaq, yeni bağlar quracaqlar.

BDU-da təhsil almaq üçün ölkəmizə gələn Pekin Xarici Dillər Universiteti və Sun Yat-Sen Universitetinin tələbələri ilə görüşdük.
Çinli tələbələrimiz BDU-da dərin biliklərə yiyələnməklə yanaşı, xalqımızın zəngin mədəniyyəti ilə yaxından tanış olacaq, yeni bağlar quracaqlar.
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

Vətən yolunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizi ehtiramla anırıq. Onların şücaəti, qəhrəmanlıqları ilə qürur duyuruq!

Vətən yolunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizi ehtiramla anırıq. Onların şücaəti, qəhrəmanlıqları ilə qürur duyuruq!
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

BDU-da 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad edildi. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və qəhrəmanlarımızın şücaətinin əhəmiyyəti vurğulandı.

BDU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında niyyət protokolu imzalanıb. Sənəd birgə elmi-tədqiqatların aparılması, akademik proqramların hazırlanması və müəllim-tələbə mübadiləsi imkanlarını əhatə edir. #BDU #InternationalCooperation #Education #Science

BDU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında niyyət protokolu imzalanıb. Sənəd birgə elmi-tədqiqatların aparılması, akademik proqramların hazırlanması və müəllim-tələbə mübadiləsi imkanlarını əhatə edir. 
#BDU #InternationalCooperation #Education #Science
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

BDU-da Clarivate Analytics nümayəndələri ilə görüş keçirildi. Görüş zamanı Universitetin elmi potensialının inkişafı, tədqiqatçıların dəstəklənməsi və beynəlxalq jurnallara çıxış imkanları müzakirə olundu. #BDU #ClarivateAnalytics #ElmVəTəhsil #İnnovasiya #Tədqiqat

BDU-da Clarivate Analytics nümayəndələri ilə görüş keçirildi. Görüş zamanı Universitetin elmi potensialının inkişafı, tədqiqatçıların dəstəklənməsi və beynəlxalq jurnallara çıxış imkanları müzakirə olundu.

#BDU #ClarivateAnalytics #ElmVəTəhsil #İnnovasiya #Tədqiqat
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

2025/2026-cı tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 16-sı Bakı Dövlət Universitetinin tələbəsidir. Tələbəlik dövrünün ilk pilləsində qazandıqları yüksək uğura görə gənclərimizi təbrik edir, təhsil həyatlarında uğurlar arzulayıram!

Cəmiyyətin inkişafında əvəzsiz rol oynayan müqəddəs peşə sahiblərini - BDU müəllimləri başda olmaqla bütün müəllimləri təbrik edirəm, möhkəm can sağlığı, fədakar fəaliyyətlərində tükənməz enerji arzulayıram. Əziz müəllimlər, 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününüz mübarək!

Cəmiyyətin inkişafında əvəzsiz rol oynayan müqəddəs peşə sahiblərini - BDU müəllimləri başda olmaqla bütün müəllimləri təbrik edirəm, möhkəm can sağlığı, fədakar fəaliyyətlərində tükənməz enerji arzulayıram.
Əziz müəllimlər, 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününüz mübarək!
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

#BDU-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd olundu. AMEA-nın milli elmi fikrin formalaşmasındakı rolu və BDU ilə mühüm elmi bağlarından bəhs olundu. Akademiyanın 80 illik yubileyi münasibətilə bütün alimlərimizi təbrik edirik.

#BDU-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd olundu. AMEA-nın milli elmi fikrin formalaşmasındakı rolu və BDU ilə mühüm elmi bağlarından bəhs olundu.
Akademiyanın 80 illik yubileyi münasibətilə bütün alimlərimizi təbrik edirik.
Elçin Babayev (@rectorbabayev) 's Twitter Profile Photo

BDU-da Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi qeyd olundu. 1930-cu ildə BDU-nun Tibb fakültəsi əsasında yaradılan ATU bu gün regionun aparıcı tibb təhsili və tədqiqat mərkəzlərindən biridir.