🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile
🍇ÜZDƏMİ🌹MƏSİN

@axmedoffaa

ID: 1469769011701460999

linkhttps://instagram.com/conssciencce?igshid=YmMyMTA2M2Y= calendar_today11-12-2021 20:40:26

137 Tweet

798 Followers

834 Following

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Daha çoxlarıyla aram sərinlər, Çoxları boynuma sevinməz daha. 23 yaşımda məni sevənlər 33 yaşımda sevəmməz daha. Mən axı nə Çöləm, nə Yol, nə küçə, Mən axı hamının ola bilmərəm. Məni sevənlərdən ötrü ölüncə 23 yaşımda qala bilmərəm. #RamizRövşən

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! “Ölmədim” deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə.. #RamizRövşən

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Bəxtim məndən küsübdü, Elə mən də küsmüşəm. Bu dünyanın göyündən-yerindən də küsmüşəm. Anam, sən də gen dayan, Get, dərdimə gendə yan, Başımı tumarlayan Əlindən də kümüşəm. Batmışam min günaha, İşim qalıb Allaha, Ölərdim, amma daha Ölümdən də küsmüşəm…

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Ayrılığa necə gedir hazırlıq? Bəlkə məni dindirərsən gedəndə? Son bir dəfə dalaşarıq səninlə, Cin atına mindirərsən gedəndə. Bir az köhnə şəkillərə baxarsan, Nə vaxt çıxsan, səs salmadan çıxarsan. Sənə zəhmət qapını da sıxarsan, İşığı da söndürərsən gedəndə.🤎

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Atəşindən alışıb, soyuğundan donmuşam. Mən hər şeyə başlanğıc, Təkcə sənə sonmuşam. Kim gedib kim gözləyib? Kim qalıb kim dözməyib? Səndən nağıl istəyib Mən sənə aldanmışam Dodağımda sükutsan, Əllərimdə qunutsan. Ölərəm,e,unutsan, Mən sənə inanmışam.🖤

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Gül senin nəyinə gərəkdir gülüm? Öpən dodağı yox, Oxşayan əli.. Gəl.. Gül də, çiçək də özümüz olaq. Sen biraz Ağıllı, men biraz dəli, Gül sənin nəyinə gərəkdir gülüm? Sənin gülün menem.. Çiçəyin mənəm. Güllü nağıllara getməsin ağlın. Sənin həqiqətin gerçəyin mənəm

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Və bir qız gülümsəyir üzünün ayazından, Ömrünün payızından, Gözlərində üşüyən xatirənin yazından... Əlini uzadırsan... Əlin o qıza çatmır, Əlin o yaza çatmır. Elə görürsən elə Ömründə nəsə çatmır.

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Saçının telinə qurban olduğum Nədəndir bu həsrət bitmir tükənmir İçimdə yaranan bu məhəbbətdən Qəlbim də bir zərrə qorxmur, üşənmir Saçının telinə qurban olduğum Nə zaman gələrsən? Deyə bilərsən? Gözlərim saraldı yol gözləməkdən Dur indi gəl desəm gələ bilərsən?

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Qəlbinin qapısı açıqdır, yəqin, Hamı ordadısa, gəlməyim bu gün. Sənin də əllərin üşüyür yenə, Tutum əllərindən, ölməyim bu gün. Bütün əzizlərə yadam bu gecə, Girəm gözlərində batam bu gecə. Yer varmı qəlbində yatam bu gecə, Soyuqdu, çöllərdə qalmayım bu gün.

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Danış, ucadan,danış... Bir ara ver susmağa.. İndi elə möhtacam, Sənə qulaq asmağa... Bir daha soruşuram, Nələr keçir içindən? Ya mən,ya sən,ya da biz, Birini seç üçündən..

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Çox deyil Bir səsini duyasım gəldi... Bir də gülüşündən öpəsim.. Çox deyil Bir üzünü sevəsim gəldi... Bir də səni verənə öləsim ..

🍇ÜZDƏMİ🌹MƏSİN (@axmedoffaa) 's Twitter Profile Photo

Sənə ürəyimdə bir ev tikmişəm, O evin üstündə göy üzü yoxdur. Orda zaman durub, vaxt donub deyə Orda gecələrin gündüzü yoxdur.