b.u.g.u. (@senanmichael) 's Twitter Profile
b.u.g.u.

@senanmichael

Mors est quies viatoris, finis est omnis laboris.

ID: 805493496

calendar_today05-09-2012 22:15:14

174 Tweet

28 Takipçi

104 Takip Edilen

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Yenə həyatımda ilk dəfə bir gündə 300 km+ pereval sürmüşəm Sardignada, mühəndislik möcüzəsi deyirəm sadəcə. Yol çəkməyin kitabını yazıb adamlar.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Tramvayda ex-inlə, dünyanın o biri başında özü də yan-yana oturmağın düz ehtimalına soxalar, heç nə demirəm. Allahlıq çox babat imiş, lənət olsun.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

New York başqa dünyadı, yaxşıdı ya pis, zövqə görədi yəqin.Şəxsən mənə görə iyrəncdir. Amma adamlar 20 dəqiqə avtobus gecikməsi üçün DC biletini pulsuz edib, 2 səfərlik də voucher code göndərdilər.3 gün qabaq Romada 2 saat delay oldu, gələndə az qaldı şofer də döyə üstdən bizi.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

ABŞ da xeyli adamla qabaqlaşdım ki, Hissə qulaq asır, neçənci adamdır ki, Azərbaycan deyəndə ya Kasparov, ya da Hiss deyir.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

'Yadda belə günlər qalacaq' ümidiylə yaşadığım, demək olar ki heç nə yadımda qalmayıb. Dəfələrlə elə düşündüyümü bilirəm, amma harda, nə zaman düşündüklərim yoxdur, qalmayıb.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Sudandan 70 nəfər qonağım var, içində 35 minus olan bütün xanımlar top model bədəninə sahibdirlər və çox gözəldilər üzdən də. Sözlərlə ifadə edilməyəcək qədər gözəl həm də.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Fars ultra millətçisi ilə 2 kəlmə söhbət etməyə çalışmısınızmı bilmirəm, dəhşətlidi. Tarixi elm adıyla soxuşdurmağın axırı buna gətirir təəssüf ki.Adamların topası PhD ediblər,minimum 20 ildi İrandan kənardadırlar və təmiz axmaqlıq səviyyəsində faşistdirlər. 100 cü belə haldır.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

20 li yaşlarımın əvvəlində düşünürdüm ki,30-dan sonra pulu,babat maşını, gəzməyi,gözəl qadınlarla sevişməyi neynəyirəm indi edə bilmirəmsə. İndi dönüb baxıram,çox düzgün fikirləşirəmmiş. 30 dan sonra həyat eşqiylə dolansa 30-a qədər heç nə yaşamayandır. 30 da başlayır lənət.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Axmaq olmamağın ən mənfi cəhəti bütün həyatın boyu, istəsən də, istəməsən də axmaqların verdiyi qərarların nəticələrinin hərlənib-fırlanıb sənə girəcəyi həqiqətini əvvəlcədən bilə-bilə yaşamaq məcburiyyətində olmaqdır. Yoxsa belə zor olardı qıraqdan baxıb qəhqəhə çəkmək.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Tarixdə heç bir qrup (özü də dindar deyilsə) əlinə güc keçdiyi zaman dindarlara sırf dindardı deyə təcavüz edib, ibadətxanalarını dağıtmayıb, hətta monqol ordusu belə. Amma dindar bir qrup, içində normal insanlar olsa da, rahatlıqla başqalarına bunları edə bilir. Məsələ budur.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Axır-əvvəl azərbaycanlılar və ermənilər birləşib gürcüləri minəcəklər Qafqazda. Bu bacı bilmədən "butterfly effect"ə səbəb olmuş ola bilər.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Mən söyüş istifadə edən adamam. Ən ironik tərəfi ilk dəfə o məşhur söyüşü dilimə gətirməmişdəm 2 il əvvəl aktın özünü etmiş olmağımdır. Bu bir yana, birinə köpəkoğlu dediyim üçün axşam yorğanı başıma çəkib ağlayıb, kaş öldürəydim, amma söyməyəydim demişəm. Yenə eyni fikirdəyəm.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Biri rəy yazıb ki, dünyada ən gözəl romanlar və şerlər Az.da yazılıb, hamı haqlı olaraq məzələnir. Həmən adam başqa statusta "Dünyada ön gözəl qadınlar Az.dadı" yazıb, eyni topa tutanlar ürək atıb bu dəfə. Doğruluq payı tam eyni olan fikirlərdir əslində.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

lichess.org/E7nZfTZ0/white… Uzun müddətdən sonra açıb reytinqimi görəndə ürəyim ağrıdı lap, biabırçılıq( İşinə baxanda pis oynamamışam.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

Bir də qayıdıb-qayıtmayacağını bilmədən sevdiyin hamını geridə buraxıb getməyin ağırlığı bir əvvəlki gecə insanı elə bir ruh halına salır ki, nə zamanı, nə də emosiyaları idarə edə bilirsən . Yaş da o yaş deyil daha, artıq fiziki olaraq qaldıra biləcəyim son gedişdir bəlkə də.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

C.Daumun ölməyi mənə bir pişiyim var idi, onu xatırlatdı.Bütün günü onla oynayırdım, mahnılar oxuyurdum. Birində necəsə Daum da mahnıya girmişdi,pişiyimə qoyduğum ləqəblə qafiyəsi tuturdu.Hər xatırlayanda ruhumu oxşayan xatirələrimdə Daumun adı həmişə təkrar-təkrar səslənəcək.

b.u.g.u. (@senanmichael) 's Twitter Profile Photo

19 saat 40 dəqiqə adam uçar? (1 saat transfer vaxtı daxil) Çoxdur, vallah çoxdur. Concorde-u vaxtında çıxdaş etməyib problemlərini həll etsəydilər bu zülümü az çəkərdik. Zülüm deyəndə, internet var, yemək verir gözəl xanımlar, uzanıb yatırsan,bir siqaret məsələsi işi korlayır.