🔷 Jordi Alba'nın Rayo Vallecano ilə matçda (0-0) göstərdiyi performans Barça rəhbərliyini qane etməyib. Rəhbərlik düşünür ki, sol cinah müdafiəsində rəqabət olmadığı üçün Jordi Alba özünü göstərə bilmir.
🗣️ Gerard Romero (RAC1'in müxbiri): 'Xavi; Aubameyang'ı satmaq istəmir, amma klub onu satmaq qərarına gələ bilər. O, pulsuz gəldiyi üçün onun transferindən hər şey müsbət fayda olacaq'.
🔷 Manchester City'də çıxış edən Bernardo Silva; Barca'ya qoşulmaq üçün səbirsizlənir. Əsas rolu onun agenti Jorge Mendes oynayır. Növbəti həftə Barselonada ev axtarmaq planlaşdırılır. Danışıqlar davam edir.
🔷 Barça; Pierre Emerick Aubameyang'ın Chelsea FC ilə danışıqlar apardığını bilir. Katalon klubu qabonlu hücumçu üçün 25-28 milyon avroluq transfer təklifi gözləyir.