Dil polisi (@dil_polisi) 's Twitter Profile
Dil polisi

@dil_polisi

ID: 1016253722828197888

calendar_today09-07-2018 09:32:23

99 Tweet

71 Takipçi

293 Takip Edilen

Dil polisi (@dil_polisi) 's Twitter Profile Photo

Yəni siz həqiqətən başa düşmürsüz ki, rus-türk-ingilis sözləri deyəndə hansıları nəzərdə tuturuq? Bir sözün dilimizdə oturuşmuş qarşılığı varsa, onu işlətmək lazımdı. Süni şəkildə neologizm yaratmaq, başqa dilləri təqlid etmək öz dilini məhvə aparır. x.com/kabirli_/statu…

Dil polisi (@dil_polisi) 's Twitter Profile Photo

Türk dilində işlənən “önyargı” sözünü dilimizdə bir sözlə necə ifadə etmək olar? “Mühakimə” “yargı” sözünün qarşılığıdı. “Bilmədən mühakimə” isə birləşmədir. Bəs bir sözlə necə deyilsin?

Dil polisi (@dil_polisi) 's Twitter Profile Photo

Saytlarda ən çox rast gəldiyim anlaşılmaz şeylərdən biri şəxsin milliyyətini ölkə adıyla yazmaqlarıdır. Məsələn, türk yerinə, türkiyəli; ingilis yerinə, ingiltərəli və s. Özümüzə “azərbaycanlı”-dan başqa bir şey deyə bilməməyimizin yanğısı kimi görünür. Hamıda -lı ilə bitməlidir.

Dil polisi (@dil_polisi) 's Twitter Profile Photo

• “arazları” böyük hərflə; • “nəs” sözündə “h” hərfi var - nəhs • “Nəsillərdən nəsillərə” misrasında vergül olmamalıdır Əksər misra sonluqlarındakı durğu işarələri səhvlərini görməzliyə vururam.

Dil polisi (@dil_polisi) 's Twitter Profile Photo

Lüğətimizi genişləndirmək üçün yeni sözləri hardan götürməliyik? (İzah və ya nümunələriniz üçün “quote” edin) #azərbaycancadanış

Dil polisi (@dil_polisi) 's Twitter Profile Photo

Bəli, dil qanunlarımızda çoxlu problemlər, sual yaradan məqamlar ola bilər, ancaq bu o demək deyil ki, sən ən azı orfoqrafik qaydaları bilməyəsən.