AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile
AzerbaijaniPoetry

@azepoetry

This page features a collection of poems written by Azerbaijani poets

ID: 1566527011186790400

calendar_today04-09-2022 20:42:44

1,1K Tweet

1,1K Followers

155 Following

AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Tər axıb gül yanağından, bulud örtmüşdü ayı, Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi. 🪶 Nizami Gəncəvi

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.

🪶 Nizami Gəncəvi
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahat olub bir yatdıq, Bəxtimin bağçasına güllü bahar gəlmiş idi. 🪶 Nizami Gəncəvi

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

🪶 Nizami Gəncəvi
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...
Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Dağlar çiçəklə süslənərək səbzü dilgüşa...
Quşlar ötər, sular aqıb ətrafa gül saçar.
Seyr eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar, uçar əbədi bir səfa duyar.
 🪶 H. Cavid

Novbahar oldu, günəş şölələnib nur saçır, Qar ərir, sellər axır, ot göyərir səhradə. Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır, Gül budağına qonub nəğmə oxur azadə. 🪶 Cəfər Cabbarlı

Novbahar oldu, günəş şölələnib nur saçır,
Qar ərir, sellər axır, ot göyərir səhradə.
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,
Gül budağına qonub nəğmə oxur azadə.

🪶 Cəfər Cabbarlı
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Baxın qanadlanan göyə, Qaranquşa, qaz, ördəyə, -Vətən, Vətən, Vətən, - deyə Yenə qatar-qatar gəlir. Əs, ey ətirli dan yeli, Könülaçan bahar gəlir. Bənövşə, yan dara teli, Bağa sevimli yar gəlir. 🪶 Abdulla Şaiq

Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə,
-Vətən, Vətən, Vətən, - deyə
Yenə qatar-qatar gəlir.
Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.

🪶 Abdulla Şaiq
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Eşq… dəlidir – Səni ağladana “gözüm” deyəcək qədər… Eşq ağılsızdır – Həyatını zəhər edənə “həyatım” deyəcək qədər..! Eşq qürursuzdur – Səni sevməyən, üzən birinə “əzizim” deyəcək qədər 🪶Qənirə Paşayeva

Eşq… dəlidir –
Səni ağladana “gözüm” deyəcək qədər…
Eşq ağılsızdır –
Həyatını zəhər edənə “həyatım” deyəcək qədər..!
Eşq qürursuzdur –
Səni sevməyən, üzən birinə “əzizim” deyəcək qədər

🪶Qənirə Paşayeva
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Soyuqluğun buz olanda yanağımda Nəfəsinlə başqasını isitmisən Sənsizliklə yaşadıqca otağımda Sən də məni bir otaqda itirmisən 🎶 Aygün Bəylər 🪶 Kəmalə Abıyeva

Soyuqluğun buz olanda yanağımda
Nəfəsinlə başqasını isitmisən
Sənsizliklə yaşadıqca otağımda
Sən də məni bir otaqda itirmisən

🎶 Aygün Bəylər
🪶 Kəmalə Abıyeva
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Mənə nağıl danış, nağıl, ay ana, Yatım bu dünyadan bir az xəbərsiz. Yatım yuxularda nağıllar görüm, Yatım körpə kimi qəmsiz, kədərsiz. 🪶 Kamalə Abıyeva

Mənə nağıl danış, nağıl, ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.

🪶 Kamalə Abıyeva
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Hər kəsin qiymətin verə bilsəydik,
Bəlkə də bu qədər adlar olmazdı...
Layiq olanlara İNSAN desəydik,
Görəsən, neçəsi adsız qalardı? 🪶 Kamalə Abıyeva

Hər kəsin qiymətin verə bilsəydik,
Bəlkə də bu qədər adlar olmazdı...
Layiq olanlara İNSAN desəydik,
Görəsən, neçəsi adsız qalardı?

🪶 Kamalə Abıyeva
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

İşarə yıxacaq, him aparacaq, Əlimi saz yeyib, sim aparacaq. Məni evimizə kim aparacaq? Dəli olmağıma bir addım qalıb. 🪶 Zəlimxan Yaqub

İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.

🪶 Zəlimxan Yaqub
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Bilmirəm, heç neçə yaşındayam mən, Eşqin iştahında, aşındayam mən. Uçrumun, yarğanın qaşındayam mən, Dəli olmağıma bir addım qalıb. 🪶 Zəlimxan Yaqub

Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.

🪶 Zəlimxan Yaqub
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Mənə dəniz boyda ürək bağışla, Mən orda yaşadım arzularımı. Dəniz gözlərindən axan baxışla, Çırpım sahilinə dalğalarımı. 🪶 Kəmalə Məcidova

AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Ulduz tək üstümə səpələn, ey qar, Geyindir əynimə ağappaq donu. Sənin ki, bu qədər təmizliyin var, Bağışlamaq olar soyuqluğunu. Ulduz tək üstümə səpələn, ey qar. Belə təmizliklə isinmək olar. 🪶 Musa Yaqub

Ulduz tək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizliklə isinmək olar.

🪶 Musa Yaqub
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Çox əyilən görmüşəm, əyilməyən başları. Sular duruldu, gördük dibindəki daşları Ünvanmı dəyişdi dünənin alqışları; Niyə də dəyişməsin, axı, dünya fırlanır... 🪶 Bəxtiyar Vahabzadə

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...

🪶 Bəxtiyar Vahabzadə
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Həsrətinin gözüylə Mən dünyaya baxanda, Gecələr gündüz olur. Həsrətinin zülməti Gözlərimə nur verir, İdrakıma göz olur. Həsrətim başlananda Başlanır bu cahana Sonsuz heyrətim mənim. İdrakımla yaşıddır Eşqim, həsrətim mənim… 🪶 Bəxtiyar Vahabzadə

Həsrətinin gözüylə
Mən dünyaya baxanda,
Gecələr gündüz olur.
Həsrətinin zülməti
Gözlərimə nur verir,
İdrakıma göz olur.
Həsrətim başlananda
Başlanır bu cahana
Sonsuz heyrətim mənim.
İdrakımla yaşıddır
Eşqim, həsrətim mənim…

🪶 Bəxtiyar Vahabzadə
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Sənsiz keçirdiyim ömür-gün deyil, Payızın urvalı, qışım qış deyil. Sənsiz yaşayışım, yaşayış deyil, Mən sənsiz yaşaya bilmirəm daha! 🪶H. Əliyev

Sənsiz keçirdiyim ömür-gün deyil,
Payızın urvalı, qışım qış deyil.
Sənsiz yaşayışım, yaşayış deyil,
Mən sənsiz yaşaya bilmirəm daha!

🪶H. Əliyev
AzerbaijaniPoetry (@azepoetry) 's Twitter Profile Photo

Xəstəyəm dərdimə davam da çatmır, Rahatlıq tapmağa yuvam da çatmır, Yanımda olmasan havam da çatmır, Mən sənsiz yaşaya bilmirəm daha. 🪶H. Əliyev

Xəstəyəm dərdimə davam da çatmır,
Rahatlıq tapmağa yuvam da çatmır,
Yanımda olmasan havam da çatmır,
Mən sənsiz yaşaya bilmirəm daha.

🪶H. Əliyev