AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile
AzadlıqRadiosu

@azadliqradiosu

@RFERL Azərbaycan xidmətinin rəsmi Twitter səhifəsi. YouTube.com/AzadliqRadiosu; Instagram.com/AzadliqRadiosu; t.me/AzadliqKanali

ID: 29722682

linkhttp://azadliq.org calendar_today08-04-2009 14:11:34

41,41K Tweet

34,34K Followers

147 Following

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Facebook və Instagram sosial şəbəkələrinin, eləcə də WhatsApp mesencerinin sahibi Meta sentyabrın 16-da bildirib ki, RT, Rossiya Segodnya və Rusiyanın digər dövlət media şəbəkələrini platformalarından çıxarır. smarturl.click/Xyo7Z

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevölkəsinə səfər edən Almaniya kansleri Olaf Şoltsa deyib ki, Rusiya ordusu Ukraynaya qarşı müharibədə məğlub edilə bilməz. smarturl.click/8ELYQ

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

2022-ci ildə Moskvanın Ukraynaya genişmiqyaslı müharibəsinin gedişində iki ölkədən “itkilərin” sayı 1 milyon nəfəri keçmiş ola bilər. Bunu qeyri-rəsmi hesablamalara və Qərb kəşfiyyatının məlumatlarına istinadla ABŞ-ın The Wall Street Journal qəzeti yazıb. smarturl.click/67Lqg

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Azərbaycanın 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz çoxdur. smarturl.click/nywm7

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Naxçıvan şəhərində 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Qəmbərova AzadlıqRadiosuna müsahibə verdiyi üçün döyüldüyünü və təxribata çəkildiyini deyir. smarturl.click/Eeo9V

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Ötən həftə Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 18-dən 19 faizə qaldırıb. Faiz dərəcəsinin artırılması ilə bağlı qərar əhalinin və biznesin inflyasiya gözləntilərinin artması fonunda qəbul edilib. smarturl.click/mpjjB

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Rusiyada Tver vilayətində dron qırıntılarının ehtimalən silah-sursat anbarına düşməsi nəticəsində böyük yanğın baş verib. Yerli hakimiyyət orqanları əhalinin “qismən evakuasiyasını” elan edib. smarturl.click/z2Jmp

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Ermənistanın İstintaq Komitəsi ölkənin beş vətəndaşı və iki keçmiş Qarabağ sakini barədə hakimiyyətin zorla ələ keçirilməsi cəhdi ittihamı ilə cinayət işinə başlandığı barədə məlumat yayıb. smarturl.click/ZyoOW

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Yeni iş yeri - Gündüz Ağayevin karikaturası Azərbaycanda 1 sentyabr növbədənkənar parlament seçkisi keçirilib. MSK artıq seçkinin yekun nəticələrini müəyyən edib və onun təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərib.

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

AXCP sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıb. Sentyabrın 19-da Nəsimi rayon Məhkəməsində 5 il öncə partiyadan xaric olunmuş Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə baxışı keçirilib. smarturl.click/1dLJW

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Gələn ilin büdcəsində gəlirlər arta, xərclər azala bilər. Maliyyə Nazirliyi 2025-ci il dövlət büdcəsi layihəsini dərc edib. Orada gəlirlər 36 milyard 616 milyon manat proqnozlaşdırılır. smarturl.click/Eeop0

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Aziya-Plyus xəbər verir ki, Rusiya ali məktəblərində təhsil alan tacikistanlı tələbələri ölkədən çıxarırlar. smarturl.click/9zL6G

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

İstanbul Universitetinin doktorantı, bir il öncə Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib həbs olunan Fazil Qasımov deyir ki, 97 gündür aclıq edir. smarturl.click/AdLm0

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Hindistan Ukraynanın artilleriya sursatı ilə təchiz olunmamasına dair Rusiyanın ricasına məhəl qoymayıb. Moskva bu məsələni Nyu Delhi ilə azı iki dəfə müzakirə edib. smarturl.click/0eL18

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Avropa Parlamenti sentyabrın 19-da Avropa İttifaqı ölkələrini Ukraynanın onların verdikləri silahlarla Rusiya ərazisindəki legitim hərbi hədəfləri vurmasına qoyulmuş məhdudiyyətləri qaldırmağa çağıran qətnamə qəbul edib. smarturl.click/Daolm

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sentyabrın 20-də Kiyevə gəlib. Onun burada qarşıdan qışın gəldiyi bir vaxtda Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələri ilə bağlı Kiyevə davamlı dəstək elan edəcəyi gözlənilir: smarturl.click/VDdLn

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Bugün, sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü Ağəli Yəhyayevə 7 il həbs cəzası verilib. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur. smarturl.click/YzoL1

AzadlıqRadiosu (@azadliqradiosu) 's Twitter Profile Photo

Tərtərdə hərbçilərə işgəncələrdə adı hallanan əsas generallardan biri – o dövrdə korpus komandiri və olayların birbaşa iştirakçısı olmuş Hikmət Həsənovun özü məsuliyyətə cəlb olunmasa da, onun köməkçisi həbsdədir. smarturl.click/M1o2x